Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq edəcək: SWIFT-dən də ayırırlar

DÜNYA 31.05.2022 1070

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıblar.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sözlərinə görə, sanksiyalar Rusiya neft ixracının 75%-nə təsir edəcək. İlin sonuna isə bu rəqəm 90%-ə çatacaq.

Bundan əlavə, Avropa İttifaqı ölkələri Rusiyanın əsas maliyyə qurumlarından olan “Sberbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəliblər.

Sanksiyalar həmçinin Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə də şamil ediləcək.

Mənbə: RBK

XƏBƏR LENTİ
17.04.2024 3192

DİGƏR XƏBƏRLƏR

Loading
Top