Bakıda revmatoid artritin müalicəsinə yeni yanaşmalar müzakirə olundu - FOTO

GÜNDƏM 31.05.2022 1460

Bakıda “Artlegia” preparatının nümunəsində revmatoid artritin (RA) müalicəsinə müasir yanaşmalar mövzusunda elmi konfrans keçirildi.

Tədbirin təşkilatçıları İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və “R-Pharm” şirkətlər qrupu idi. 

Konfransda İ.M.Seçenov Universitetinin Bakı filialının tədris və müalicə işi üzrə prorektoru, t.e.d., professor Novruz Hacıyev, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin elmi-tədqiqat işləri üzrə prorektor, t.e.n. Denis Buntaru və “R-Pharm” şirkətlər qrupunun tibbi direktoru, t.e.n. Mixail Samsonov açılış nitqi ilə çıxış ediblər.  

Elmi tədbir çərçivəsində aparıcı xarici və Azərbaycan ekspertləri revmatoid artritin diaqnostikası və müalicəsinin aktual məsələlərini, həmçinin xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması yollarını müzakirə ediblər.

Əsas məruzəçilər qismində Rusiya Elmlər Akademiyasının akademiki, professor Yevgeni Nasonov, t.e.d., professor Eldar Abbasov (Azərbaycan Tibb Universiteti), t.e.d., professor Nadir Hüseynov (Azərbaycan Tibb Universiteti) və E.E.Eyxvald adına klinikanın (Sankt-Peterburq) Gen-mühəndislikli Bioloji Preparatlar və Terapiya Mərkəzinin rəhbəri Ruzana Samiqullina çıxış ediblər. 

Spikerlər qeyd etdilər ki, RA müalicəsinin əsas məqsədi kliniki remissiyaya, yəni əhəmiyyətli iltihab aktivliyinin əlamətlərinin yoxluğuna nail olmaqdır. Xüsusilə qeyd olunmuşdur ki, iltihab proseslərinin gecikmiş diaqnostikası və aktivliyinin artması əlillik və RA-nın ağır gedişat riskini əhəmiyyətli dərəcədə artırır. Erkən başlamış müalicə xəstəliyin aktivliyinə nəzarətin yaxşılaşmasına və irəliləyişin qarşısının alınmasına yardımçı olur, remissiyanın tez əldə olunması isə əmək qabiliyyətinin uzun müddət qorunub saxlanmasına kömək edir, habelə sağlamlıq vəziyyəti ilə əlaqədar həyat keyfiyyətinin maksimum uzun müddət ərzində qorunub-saxlanmasını təmin edir.  

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top