Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

HADİSƏ 31.05.2022 938

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1997-ci il təvəllüdlü R.Abdullayevi avtomobil vurub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top