Gədəbəydə bazarda satıcılar arasında dava olub, bıçaqlanan var

HADİSƏ 29.05.2022 1050

Gədəbəydə bazarda satıcılar arasında dava olub.

“Report” xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb.

Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Bayramov Mehman Qələndər oğlu döş qəfəsindən bıçaqlanıb.

M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top