Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyənlər-Fatma Yıldırım

HADİSƏ 26.05.2022 1986

Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Fatma Yıldırım müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:


Əziz dostlar!
Hörmətli, Bərdə seçicilərim!
Bərdə rayonuna səfərimiz çərçivəsində rayonun Mirzəcəfərli kəndində Mollagüllər, Qarağacı və Mirzəcəfərli kəndlərinin sakinləri ilə növbəti vətəndaş qəbulunu keçirdik. Qəbulda 40-dan çox seçicinin müraciətləri dinlənildi. Müraciətlər əsasən işsizlik və məşğulluq, torpaq, mənzil-kommunal və sosial müdafiə məsələlərini məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlədildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlərin yerində həll olunmasına nail olunmuşdur.
Qeyd etmək istəyirəm ki, seçicilərimizlə mütəmadi olaraq görüşmək və onların problemləri ilə maraqlanmaq bundan sonra da fəaliyyətimizin daima prioritet istiqaməti olacaqdır.
Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyənlər YAP Bərdə rayon binasındakı ofisimizə müraciət edə və ya 0554208040, 0518416424, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.
 














XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top