Əfqanıstanda silsilə terror aktları: Azı 14 ölü, 37 yaralı var - VİDEO

DÜNYA 26.05.2022 1759

Əfqanıstan paytaxtındakı məscidlərin birində terror aktı həyata keçirilib.

Təcili Tibbi Yardım Xəstəxanasından verilən açıqlamaya görə, partlayış nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Mətbuata danışmaq icazəsi olmadığı üçün adının açıqlanmasını istəməyən “Taliban” rəsmisi isə məscidin minbərinə partlayıcıların yerləşdirildiyini və ən azı 11 nəfərin öldürüldüyünü bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Eyni zamanda, Əfqanıstanın şimalındakı Bəlx vilayətində baş verən üç bombalı hücumda ən azı 9 nəfərin həyatını itirdiyi, 15 nəfərin yaralandığı qeyd olunur.

Mənbə: “Haber Global”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top