Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir

GÜNDƏM 24.05.2022 1657

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, - nazirlikdən qeyd olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top