Bakıda Şəhidlər xiyabanı yaxınlığında açılan gecə klubu bağlandı - VİDEO

GÜNDƏM 23.05.2022 1528

Sakinlər Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanı yaxınlığında gecə klubunun açılmasına etiraz ediblər.

Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

DİN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı “ARB TV”yə açıqlama verən yerli sakinlər bildiriblər ki, gecə klubunun belə bir yerdə faəliyət göstərməsi həm şəhidlərin ruhuna, həm də ətrafda yaşayan şəxslərə qarşı hörmətsizlik idi. Gecə klubunun əməkdaşlarından biri isə deyib ki, obyekti bağlayıb, şəhərin başqa yerinə köçəcəklər.

Mövzu ilə əlaqədar

Keşlə qəsəbəsində Şəhidlər xiyabanı yaxınlığında açılmış gecə klubu etiraza səbəb oldu - VİDEO
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top