Filippində 100-dən çox sərnişini olan gəmidə yanğın: Ölənlər var - FOTO/VİDEO

DÜNYA 23.05.2022 991

Filippinin Kezon əyalətində Real limanına gedən “Roro Mercraft” sərnişin gəmisi yanıb.

Bu barədə Filippin Sahil Mühafizəsindən bildirilib.

Məlumata görə, faciə nəticəsində beşi qadın olmaqla azı yeddi nəfər həlak olub, 23 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Daha doqquz nəfərin itkin düşdüyü deyilir.

Müxtəlif mənbələrə görə, göyərtədə 142 sərnişin olub.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

 








Mənbə:  CNN Philippines 

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top