Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığ verib - FOTO

GÜNDƏM 22.05.2022 1335

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib.

Nazir bununla bağlı “Twitter“ hesabında paylaşım ed

Paylaşımda bildirilir:

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top