Samuxda qadından tiryək götürülüb

GÜNDƏM 22.05.2022 1524

Samux rayonunda qadından tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda şübhəli bilinən A.Quliyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top