Amerikada polislər axtarış apardıqları evdə öldürüldülər

CƏMİYYƏT 30.04.2024 2958

ABŞ-nin Şimali Karolina ştatında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşları silahlı hücuma məruz qalıb. 

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, Şarlotta şəhərində baş verən hadisədə 4 polis ölüb, daha 4 polis yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. 

Şarlotta polis rəisi Conni Cenninqs hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, şübhəli hadisə yerində zərərsizləşdirilib.

Ağ Ev ABŞ prezidenti Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığını və Baydenin hadisələri yaxından izlədiyini açıqlayıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top